AMİM "Təhsil Kouçluğu" ödənişsiz seminarını elan edir.

14 mart 2019

    AMİM ödənişsiz seminarlar silsiləsinə daxil olan növbəti seminarını elan edir. Bu dəfəki mövzu "Təhsil Kouçluğu" olacaqdır.

Kouçluq ötən əsrin son onilliyində yaranan peşə sahələrindəndir. Müasir dövrdə menecment, həyat, satış kouçluğu kimi sahələr ölkəmizdə rəğbət qazanır. Siz də öz məktəbinizin, şagirdlərinizin və övladlarının təhsil kouçu olmaq istəyirsinizsə bu təlim-seminar sizin üçündür. 
    Bu təlimdə sizlər kouçluğun nə olduğunu, nə üçün kouçluğa ehtiyac olduğunu, edə biləcəkləri işləri, səbəb ola biləcəyi dəyişiklikləri, bu peşənin prespektivlərini öyrənəcəksiniz.

14 Mart 2019-cu il, saat 15:00-da Azərbaycan Müəllim İnkişafı Mərkəzində sizləri “Təhsil Kouçluğu” seminarına gözləyirik.

Nəzərinizə çatdırmaq istəyirik ki, seminarın sonunda SERTİFİKAT iştirakçıların imeylinə göndəriləcəkdir. 📧

Tarix: 14 mart 2019-cu il
Saat: 15.00 - 16.00
Təlimçi: Qoşqar Məhərrəmov

Qeydiyyat: https://goo.gl/forms/g2vrohXVjtY2uwZn2

Ünvan: Azərbaycan Müəllim İnkişafı Mərkəzi 
Hüseyn Cavid prospekti, 186. Mirvari Park yaşayış kompleksi. 
Zərifə Əliyeva adına liseylə üzbəüz.

☎️Əlavə məlumat üçün 0125991967 və ya 0502901695 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow