İştirakçı rəyləri

Mən Azərbaycan Müəllim İnkişafı Mərkəzində təcrübə keçmişəm və bu mənim müəllimlik kareyramın ən qazanclı dövrü hesab edirəm. Həm dərslərdə, həm də təlimlərdə Vafa xanımdan çox şey öyrənmişəm. Onun dərs müşahidələri və verdiyi xüsusi rəylər məni inkişaf etdirir.

Müəllim Fabriki təlimlərinin iştirakçısı Orta məktəb müəllimi

"Mənə çox müsbət təsir etdi, çox yeniliklər öyrəndim. Növbəti tədris ilində qiymətləndirmə ilə bağlı kifayət qədər yeniliklər etməyi düşünürəm".

"Sinifdaxili qiymətləndirmə" təliminin iştirakçısı Orta məktəb müəllimi

Növbəti təcrübəmdə təlim nəticəsini standarta uyğun düzgün seçəcəyimə, formativ qiymətləndirmənin növlərini və strategiyalarını fərqli şəkildə tətbiq edəcəyimə inanıram.

"Planlaşdırma və dərsə hazırlıq" təlim iştirakçısı Orta məktəb müəllimi

"Çox gözəl ideyalar və maraqlı addımlar atacağıma heç şübhəniz olmasın Çox məhsuldar təlim idi".

"Sinifdaxili qiymətləndirmə" təliminin iştirakçısı Orta məktəb müəllimi

Yeni dərs ilində təlim nəticələrini standartlara uyğun tərtib edəcəyəm, müxtəlif strategiyaları dərslərdə tətbiq etməyə çalışacağam. FQ-nin bəzi strukturları haqqında bu təlimdə məlumatlandırıldım.

"Planlaşdırma və dərsə hazırlıq" təlimi iştirakçısı Orta məktəb müəllimi

Əks-əlaqə şagirdlərlə münasibətdə dəqiq, səmimi, konstruktiv olacağam. Əsl esse yazılması formasını şagirdlərimə tətbiq edəcəyəm.

"Tarix fənninin yeni yanaşma və interaktiv metodlarla tədrisi" təlimi iştirakçısı Orta məktəb müəllimi

"Mövzuya aid mənə lazım olan bütün məlumatları topladım. Mən gözəl üzlü Xədicə müəllimimizdən çox gözəl enerji aldım. Buna görə çox minnətdaram".

"Sinifdaxili qiymətləndirmə" təliminin iştirakçısı Orta məktəb müəllimi

Dərsdə mövzuya aid hadisələrin xronoloji şəkildə domino formasında düzülməsindən istifadə etməyi, esse yazılarkən giriş, ana fikir, nəticəyə diqqət etməli olduğumu öyrəndim.

"Tarix fənninin yeni yanaşma və interaktiv metodlarla tədrisi" təlimi iştirakçısı Orta məktəb müəllimi

"Mən bu təlimdən sonra qiymətləndirmədə daha özünəinamlı olacağam. Daha keyfiyyətli qiymətləndirmə apara biləcəyəm".

"Sinifdaxili qiymətləndirmə" təliminin iştirakçısı Orta məktəb müəllimi

Dərslərimdə standartlara uyğun qiymətləndirməyə ciddi əməl edəcəyəm, dərsin planlaşdırılmasında öyrəndiyim yenilikləri tətbiq edəcəyəm. Effektiv öyrənmə fəaliyyətlərini tətbiq edəcəyəm.

"Planlaşdırma və dərsə hazırlıq" təlimi haqqında iştirakçı rəyi Orta məktəb müəllimi

Təlimlər

Enhance Student Learning

Xəbərlər və anonslar

İştirakçı rəyləri

arrow